logo
Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər

Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər

Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər

Milli Məclisin deputatları, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlarımız Rumıniya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.

Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və burada diaspor ilə görüşü də nəzərdə tutulub.

Səfər sentyabrın 29-da başa çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media