logo
Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər

Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər

Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər

Milli Məclisin deputatları, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə sentyabrın 25-də Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlarımızın parlamentin sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu və komitə sədrləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı və ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 28-də başa çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media