logo
Avarçəkənlərimizdən "Prezident Kuboku-2025" reqatasında daha iki medal

Avarçəkənlərimizdən "Prezident Kuboku-2025" reqatasında daha iki medal

Avarçəkənlərimizdən "Prezident Kuboku-2025" reqatasında daha iki medal Avarçəkənlərimizdən "Prezident Kuboku-2025" reqatasında daha iki medal

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025" beynəlxalq reqatasında daha iki medal qazanıblar. 

Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən günün ilk sessiyasında idmançılarımızdan Əlimurad Hacızadə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında (K-1) 500 metrlik məsafəyə mübarizədə gümüş medal qazanıb. 

Komandamızın digər üzvü Mustafa Vəlizadə isə 2011-2012-ci illər təvəllüdlü idmançıların yarışında birnəfərlik kayak qayığında (K-1) 500 metrlik məsafəyə mübarizədə bürünc medala sahib olub. 

Bu, hər iki idmançımızın "Prezident Kuboku-2025" beynəlxalq reqatasında qazandığı ikinci medalıdır.  

Xatırladaq ki, ötən gün Suqovuşan su anbarında təşkil edilən ilk yarış günündə Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medala layiq görülmüşdü. Növbəti bürünc medalı isə komandamızın aktivinə Amil Ramazanov yazdırmışdı. 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media