logo
Azərbaycan üzgüçüləri Ostrava Qran-Prisində 17 medal qazandılar

Azərbaycan üzgüçüləri Ostrava Qran-Prisində 17 medal qazandılar

Azərbaycan üzgüçüləri Ostrava Qran-Prisində 17 medal qazandılar Azərbaycan üzgüçüləri Ostrava Qran-Prisində 17 medal qazandılar

11-13 Aprel tarixlərində Çexiya Respublikasının Ostrava şəhərində keçirilən üzgüçülük üzrə Dünya Çempionatına lisenziya xarakterli 32-ci Ostrava Qran-Prisi keçirilib.

Turnirdə 5 ölkədən (Çexiya, Azərbaycan, Fransa, Polşa, Sloveniya) 350-yə yaxın idmançı iştirak edib. Millimiz bu yarışa 3 məşqçi və 9 idmançı ilə qatılıb.

Turnirin yekun nəticəsinə əsasən üzgüçülərimiz 2 qızıl, 8 gümüş və 7 bürünc medal qazanıb.

Medalçılarımız:

- Ramil Vəlizadə - 1 qızıl, 2 gümüş

- Süleyman İsmayılzadə - 1 qızıl, 2 gümüş

- Əbdürrəhman Rüstəmov -2 gümüş, 1 bürünc

- Fatimə Alkərəmova - 2 gümüş, 1 bürünc

- Oqtay Hüseynov - 3 bürünc

- Səid Həmidov - 2 bürünc

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media