logo
ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar

ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar

ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələri fakültənin dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə “Aesthetic & Wellness World Academy”də (AWWA) qonaq olublar. Əvvəlcə  tələbələr “Piroqov” kompleksi və cihazın iş prinsipi ilə tanış olublar. Qeyd edilib ki, “Piroqov”un 3D kompleksi müasir dövrün artırılmış reallıqlardan istifadə tələbinə uyğun olaraq anatomiya fənninin elmi, interaktiv və əyləncəli formada tədrisini və öyrənilməsini reallaşdırır.

Daha sonra tələbələr 5 mərhələli bilik yarışında iştirak ediblər. Yarışın sonunda “AWWA”nın direktoru Validə Cəlilova dos. Bəsti Əsədovaya təltifnamə, yarışda iştirak edən tələbələrə isə sertifikat təqdim edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media