logo
Yeniyetmə cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı

Yeniyetmə cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı

Yeniyetmə cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı Yeniyetmə cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb. Yarışın ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medalla yadda qalıblar.

Oğlanlar arasında -73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. -90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Hüseynov isə bürünc medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı. Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media