https://innews.media/uploads/news/2025-02/_innews_b269ef3c2f2b1e6e19575616b_o.jpg
Hamıya lağ edib,gülməyə nə var,
Özündə səhv tapıb,görəsən gərək.
Yalmanıb,ömürünü sürmək asandır,
Şərəflə ömürünü sürəsən gərək.
Özgənin varına saralıb,solma,
Kiniylə,həsədlə qəlbini yorma,
Naşukür danışıb,qudurğan olma,
Azın da qədrini biləsən gərək.
Tək özün düşünən kəslər xəbisdir,
Nəbadə yaxşını incidib,küsdür,
Namərdlə oturub,durmaq nə pisdir.
Mərdlərlə tikəni böləsən gərək
Kimsəyə yararın yox yaşamaqdan,
Lüzumsuz,mənasız çox yaşamaqdan,
Əyilib,büzülüb tox yaşamaqdan,
Ac qarın,kişi tək öləsən gərək !
Şamil Аziz. (Çeboksar şəhəri,Çuvaşıstan respublikası,Rusiya federasiyası)
04.17.2024
Ən son xəbərləri səhifəmizdən də izləyin