logo
Almas İldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibəti ilə tədbir keçirilib

Almas İldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibəti ilə tədbir keçirilib

Almas İldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibəti ilə tədbir keçirilib Almas İldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibəti ilə tədbir keçirilib

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən Əntiq Əşyalar Muzeyində Azərbaycanın ünlü mühacir şairi, Azərbaycan və Türkiyə qardaşlığının və ortaq dəyərlərinin təcəssümü olan Almas İldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkilləri Soltan Məmmədov, Rauf Əliyev, Elnur Allahverdiyev, Tamam Cəfərova, Almas İldırımın Bakıdakı qohumları ilə onun keçdiyi çətin mühacirlik həyatından, yaradıcılığından, milli ruhunun qorunması, zənginləşdirilməsi yönündəki xidmətlərindən danışdıq.

Daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin müəllifi olduğu “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının təqdimatı keçirilib. Tədbir Almas İldırımın sözlərinə yazılmış mahnıların ifası ilə davam edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media