logo
Bakı Böyük Dəbilqəsinin ilk günündə üç cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq

Bakı Böyük Dəbilqəsinin ilk günündə üç cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq

Bakı Böyük Dəbilqəsinin ilk günündə üç cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq Bakı Böyük Dəbilqəsinin ilk günündə üç cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq

Fevralın 14-də Milli Gimnastika Arenasında start götürən Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günündə üç cüdoçumuz bürünc medal uğrunda tatamiyə çıxacaq.

Kişilər arasında -60 kq çəki dərəcəsində Balabəy Ağayev Belçika təmsilçisi Yorre Verstraten, Əhməd Yusifov isə Ukrayna cüdoçusu Dilşot Xalmatovla bürünc medal uğrunda qarşılaşacaq. -66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov isə üçüncü yer uğrunda Özbəkistan idmançısı Azizbek Ortikovla tatamiyə çıxacaq.

Final qarşılaşmaları saat 17:00-da başlayacaq. Yarış İdman TV kanalı vasitəsilə canlı yayımlanacaq.

Biletləri iTicket.az saytından əldə edə bilərsiz:

https://iticket.az/events/sport/judo-grand-slam-tournament1

Yarışı canlı olaraq judotv.com saytı vasitəsilə izləyə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media