https://innews.media/uploads/news/2025-02/_innews_efe13115f0f023dbf75a43b91_o.jpg
Xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov dizayner Aynur Xəlilovanın “Hərşeyşünas” podkastında qonaq olub.
innews.media xəbər verir ki,o, müasir musiqi tendensiyaları və sənət dünyasında baş verən dəyişikliklər haqqında fikirlərini bölüşüb.
Bəstəkar son dövrlərdə bayağı mahnıların reklam olunmasına toxunaraq, “Filankəs yekdir, filankəs nə bilim nədir, filankəsin mahnısı trenddədir. Təzə sözlər çıxarıblar. Nə trendbazlıqdı? Ya yaxşı mahnıdır, ya da pis mahnıdır. Ya yaxşı oxuyur, ya da pis oxuyur. Mən belə başa düşürəm. Hər şeyi qarışdırıblar bir-birinə. Özüm də fikirləşirəm ki, bunun axırı nə olacaq?”, deyib.
O, klassik musiqi irsinin qorunmasının vacibliyini qeyd edərək, “Bəlkə Tofiq Quliyev biraz cavan olsaydı, 80 yaşında rəhmətə getdi… Bunların ayağın yığardı”, fikrini səsləndirib. Bundan əlavə, bəstəkarlıq sənətində az sayda peşəkar qaldığını vurğulayıb: “Başqa guya bəstəkarlardan kim qalıb ki? Mənəm, Faiq Sücəddinov, Vaqif Gərəyzadə, Cavanşir Quliyev, 3-4 nəfər qalmışıq. Bizi də verilişlərə çağırırlar ki, gəl xatirələrindən danış”.
Eldar Mansurov musiqi sahəsinin hazırkı idarəçiliyindən də narazılığını ifadə edərək, “İndi musiqini idarə edənlər heç bizə adiyyatı olmayan adamlardır. Yəni, bizə aid olmayanlar kimlərdir? Telekanallardır, radiolardı. Kimin nə xoşuna gəlir onu da yayımlayır.
Azərbaycanda 1980-ci illərdə musiqinin yönəticisi peşəkar bəstəkarlar idi. Tofiq Quliyevin, Rauf Hacıyevin filmlərə yazdığı mahnılar baxın. Onların yazdığı mahnılar camaatın dilində idi. Yavaş-yavaş 1980-cı ilin ortalarında başladılar bizimkilər də guya “şanson” üslubunu götürməyə. Heç “şanson” sözünün mənasını düz-əməlli bilmirlər. Buna küçə oxuyanları, küçə mahnıları deyirlər. Bizimkilərdə başladılar şou-biznesə belə girişməyə. İndi eşidərəm ki, deyirlər filankəs Azərbaycan şou-biznesinin yaradıcısıdır. Vallah, mən Azərbaycanda bu günə kimi şou-biznes görməmişəm. Şou-bazar görürəm, şou-biznes görmürəm. Bizdə bunu yaxşı bilmirlər”, deyə fikrini tamamlayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin