logo
“Bu Sevgi” mahnısının unudulan tarixçəsi: Əslində kim üçün yazılmışdı?

“Bu Sevgi” mahnısının unudulan tarixçəsi: Əslində kim üçün yazılmışdı?

“Bu Sevgi” mahnısının unudulan tarixçəsi: Əslində kim üçün yazılmışdı? “Bu Sevgi” mahnısının unudulan tarixçəsi: Əslində kim üçün yazılmışdı?

Xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastında qonaq olub.

innews.media xəbər verir ki, sənətkarın sözlərinə görə “Bəxt üzüyü” filmində səslənən və Sedanın ifasında yadda qalan “Bu sevgi” mahnısı əslində bu film üçün yazılmayıb. Mahnının müəllifi bildirib ki, onu 1989-cu ildə Firəngiz üçün bəstələyib və məhz onun ifasında səslənməsi nəzərdə tutulub. Lakin müəyyən səbəblərdən bu baş tutmayıb.

“Elə həmin vaxtda Aygün Kazımova gəldi ki, Yurmolaya gedirəm, mənə mahnı lazımdır. Siyavuş Kərimi də o vaxt mənim aranjımançım idi. Onunla götür-qoy elədik. Elə o dedi ki, gəl bu mahnını verək Aygünə. Ondan sonra Aygün getdi orada oxudu, gəldi və beləcə mahnı bağlandı Aygünün ayağına. Amma Firəngizin ürəyində qalmışdı. Sonra Firəngizə “Bəxt üzüyü” filminə çəkilməyə dəvət gələndə dedi ki, digər mahnılardan savayı bu mahnını da oxuyacağam filmdə. İndi o mahnını eşidən camaat deyir ki, “Bəxt üzüyü”ndəki Sedanın mahnısı”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media