logo
Mirlazım Dadaşov: “Bu mahnı, qəzada həyatını itirən insanlara ithafdır” - VİDEO

Mirlazım Dadaşov: “Bu mahnı, qəzada həyatını itirən insanlara ithafdır” - VİDEO

Mirlazım Dadaşov: “Bu mahnı, qəzada həyatını itirən insanlara ithafdır” - VİDEO Mirlazım Dadaşov: “Bu mahnı, qəzada həyatını itirən insanlara ithafdır” - VİDEO

innews.media xəbər verir ki, 25 dekabr 2024-cü il tarixində baş vermiş faciə - Azərbaycan Hava Yolları şirkətinə məxsus Bakı-Qroznı reysinin qəzaya uğraması—hələ də hər kəsin yaddaşında dərin izlər buraxıb. Qəzada həyatını itirən hər bir insanın əziz xatirəsi qəlbimizdə yaşayır.

Bu ağır hadisəyə həsr olunmuş yeni musiqi bəstəsi ilə çıxış edən həvəskar nəğməkar şair Mirlazım Dadaşov öz kədərini və düşüncələrini bölüşüb:

“Mən bu hadisəni dərin hüznlə qarşıladım. Çünki özüm də təhsilimi xaricdə davam etdirdiyim üçün tez-tez təyyarə ilə səfər edirəm. Elmi və peşəkar fəaliyyətim daim yollarda olmağımı tələb edir. Qəzadan sonra ilk dəfə təyyarəyə minəndə bu hadisəni xatırladım və düşündüm ki, onların yerində mən də ola bilərdim… Bu, insan həyatının necə kövrək olduğunu bir daha göstərir.

Musiqi ilə duyğularını ifadə edən şair, bu bəstəni qəzada həyatını itirən insanlara ithaf etdiyini bildirib:

“Onların xatirəsini yaşatmaq, hiss etdiyim dərin kədəri musiqi ilə ifadə etmək istədim. Mahnının sözləri və melodiyası mənə aiddir, amma aranjeman və ifa süni intellektin köməyi ilə hazırlanıb. Musiqi bəzən sözlərin ifadə edə bilmədiyi duyğuları çatdırmağa imkan verir. Bu dəfə süni intellektin verdiyi imkanlardan istifadə edərək, hisslərimi musiqiyə köçürdüm.

O, qəza zamanı həyatını itirən pilot və ekipaj üzvlərinin fədakarlığını xüsusi qeyd edərək, onların unudulmayacağını vurğulayıb:

“Mən bu hadisəni, o insanları, xüsusən qəhrəman pilot və ekipaj üzvlərini unutmayacağam. Gəlin, onların ruhuna dualar oxuyaq və hər zaman xatırlayaq ki, hər şey yaxşı olacaq.

Sözügedən bəstəni təqdim edirik:

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media