logo
Fərid Qayıbov idman federasiyaları ilə qarşılıqlı fəaliyyət və yeni layihələr haqqında fikir mübadiləsi apardı

Fərid Qayıbov idman federasiyaları ilə qarşılıqlı fəaliyyət və yeni layihələr haqqında fikir mübadiləsi apardı

Fərid Qayıbov idman federasiyaları ilə qarşılıqlı fəaliyyət və yeni layihələr haqqında fikir mübadiləsi apardı Fərid Qayıbov idman federasiyaları ilə qarşılıqlı fəaliyyət və yeni layihələr haqqında fikir mübadiləsi apardı

Yanvarın 31-də gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 18-ci görüşünü keçirib. Milli Gimnastika Arenasında təşkil olunan görüşdə nazir Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Tədbirdə bu il müxtəlif ölkələrdə keçiriləcək Beynəlxalq Gimnaziada İdman Oyunları, Tələbələrin Ümumdünya Yay Universiadası və Gənclərin Olimpiya Oyunlarına hazırlığı barədə məlumat verilib. Sonda isə federasiyaların sosial media hesabatı dinlənilib və digər məsələlər müzakirə olunub.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media