logo
BSU-da “Keyfiyyət təminatı” komissiyasının növbəti iclası keçirilib

BSU-da “Keyfiyyət təminatı” komissiyasının növbəti iclası keçirilib

BSU-da “Keyfiyyət təminatı” komissiyasının növbəti iclası keçirilib BSU-da “Keyfiyyət təminatı” komissiyasının növbəti iclası keçirilib

Yanvarın 24-də Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin rəhbərliyi ilə “Keyfiyyət təminatı” komissiyasının növbəti iclası keçirilib.

İclasda “Keyfiyyət təminatı” komissiyasının birillik fəaliyyət planı, fakültələr üzrə 2025/2026-cı tədris ili üçün fəaliyyət planları və cari məsələlər müzakirə olunub. Bununla yanaşı, yeni komissiya üzvləri təqdim edilib.

Tədbir çərçivəsində Avropa ali təhsil məkanında daxili keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun keyfiyyət təminatının təşkili, BSU-nun beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırmaq məqsədilə görüləcək işlərin planlaşdırılması, tələbəyönümlü təhsilin təşkili və inteqrativ dərslərin təkmilləşdirilməsi kimi vacib məsələlər müzakirə edilib.

İclasda çıxış edən rektor Anar Nağıyev “Keyfiyyət təminatı” komissiyasının funksiyaları, qarşıda duran məqsədlər və vacib missiyalar barədə ətraflı məlumat verib, komissiyanın universitetdə düzgün koordinasiya fəaliyyətinin və effektiv kommunikasiya metodologiyasının tətbiqinin zəruriliyini vurğulayıb.

Rektor həmçinin universitet əməkdaşları üçün karyera yüksəlişi imkanlarının yaradılmasının əsas prioritetlərdən biri olduğunu və bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb.

İclas zamanı rektor sorğuların keçirilməsi, şikayət və təkliflərin təhlili, struktur bölmələrdə sənədləşmə proseslərinin monitorinqi, həmçinin fokus qrupların yaradılması ilə bağlı məsələləri qeyd edib. Bununla yanaşı, tədris olunan fənlər üzrə nəticələrin və tələbələrin akademik göstəricilərinin statistik təhlilinin aparılması və müvafiq monitorinqlərin həyata keçirilməsi ilə bağlı planları diqqətə çatdırıb.

Qeyd edək ki, “Keyfiyyət təminatı” komissiyasının iclasında BSU-nun keyfiyyətin idarə olunması sahəsində strateji inkişaf hədəflərinə çatmaq üçün vacib istiqamətlər müəyyən edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media