https://innews.media/uploads/news/2025-01/_innews_9b5b16f58ec3ca6b34b4400f4_o.jpg
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan Füzuli rayon sakini Toğrul Abbasov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adıçəkilən şəxsdən 6 kiloqram marixuana və heroin götürülüb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.