logo
Abşeron rayonunda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Abşeron rayonunda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Abşeron rayonunda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb Abşeron rayonunda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Abşeron rayonu ərazisində müxtəlif şəxslərin bank kartlarından ümumilikdə 4000 manata yaxın pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı M.Hümbətov, 34 yaşlı Ş.Xudiyeva, 20 yaşlı H.Əfəndiyev, 34 yaşlı H.Bayramova və 31 yaşlı Ə.Mahmudov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin