logo
AQTA: Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil

AQTA: Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil

AQTA: Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil AQTA: Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı məlum olub.

Bu barədə innews.media Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Baş verən hadisə ilə bağlı AQTA-nın mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb. İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Belə ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin