logo
DGKA-da 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib

DGKA-da 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib

DGKA-da 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib DGKA-da 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 yanvar - Qəhrəmanlıq, milli qürur dastanı” adlı anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, 20 yanvar şəhidi Azər Ələkbərovun yaxını Rəşad İbrahimov və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixində şərəf və qürur mənbəyi olduğunu qeyd edib. Q. Novruzov 35 il əvvəl Bakıda törədilən bu faciənin tarixindən danışaraq 20 Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini qeyd edib. O, həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər sayəsində bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar hadisəsinin qurbanlarının qanlarının yerdə qalmadığını vurğulayıb.

Akademiya rəisi, gələcək nəsillərə qəhrəmanlıq və zəfərlərlə zəngin bir tarixin çatdırılmasının vacibliyini vurğulayaraq, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canını qurban vermiş bütün Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən hər zaman ehtiramla anılacağını qeyd edib.

Tədbirdə məruzəçi qismində çıxış edən Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov və Hüquq və humanitar elmlər kafedrasının müdiri Hakim Əzizov 20 Yanvar faciəsinin tarixinə nəzər salaraq bu tarixin əzmkarlığın, vətənpərvərliyin zəfər salnaməsi olduğunu vurğulayıb, xalqımızın milli məfkurəsinin oyanışı və azadlıq uğrunda verilən amansız mübarizənin ən parlaq nümunəsi kimi həmişə xatırlanacağını qeyd ediblər.

Daha sonra tədbir iştirakçıları faciə ilə bağlı öz acı xatirələrini bölüşərək şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını bildiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media