logo
Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına mənfi təsir göstərə bilər

Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına mənfi təsir göstərə bilər

Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına mənfi təsir göstərə bilər Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına mənfi təsir göstərə bilər

“Fiziki aktivlik insan sağlamlığı üçün vacibdir. Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına mənfi təsir göstərə bilər”.

innews.media xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb.

Onun sözlərinə görə, bu zaman xüsusilə ürək-damar, tənəffüs sisteminin və dayaq hərəkət aparatının funksiyaları zəifləyə bilər:

“Bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Buna görə də, sağlam gələcək nəsil yetişdirmək üçün fiziki aktivliyi artırmaq məqsədilə bağça, məktəb dövründən aktiv həyat tərzini uşaqlara aşılamaq lazımdır. Valideynlər və müəllimlər uşaqları açıq havada oyunlara, idmana cəlb etməli, müasir texnoloji cihazlardan istifadənin müddətinin azaldılmasına çalışmalıdılar”.

Ç.Hacıyeva qeyd edib ki, araşdırmalar görə, fiziki aktiv uşaqlar daha yüksək nəticələr əldə etmək qabiliyyətinə malik olurlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin