logo
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün mühazirələr təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün mühazirələr təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün mühazirələr təşkil olunub Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün mühazirələr təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün mühazirələr keçirilib. Mühazirələr Gürcüstanda fəaliyyət göstərən Biliklərin İnteqrasiyası İnstitutu Tədqiqatlar və qrantlar şöbəsinin direktoru, professor Elmira Ahmedova tərəfindən Aİİ-də təşkil olunub.

Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını səmimi salamladıqdan sonra, məruzələr üçün qonağa təşəkkürünü bildirib. Rektor silsilə mühazirələrin tələbələrin dünyagörüşlərinə, təhsillərinə müsbət təsir göstərəcəyini qeyd edib, onlara uğurlar diləyib.

“İslam sivilizasiyasının sosial prinsipləri”, “İslam tarixinin bir fənn kimi meydana çıxması və tarixi qaynaqlarla araşdırılma üsulları”, “İslam mədəniyyətinə giriş”, “İslamda tarix anlayışı”, “İslam mədəniyyətinin müxtəlif elmlərə təsiri” mövzularında baş tutan mühazirələr 2-6 dekabr tarixlərində təşkil olunub.

Mühazirələr qarşılıqlı müzakirələrlə keçib. Sonda məruzəçiyə Aİİ-nin sertifikatı təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media