logo
Braziliya nümayəndə heyəti  "ASAN xidmət"də

Braziliya nümayəndə heyəti "ASAN xidmət"də

Braziliya nümayəndə heyəti "ASAN xidmət"də Braziliya nümayəndə heyəti "ASAN xidmət"də

Braziliya Federativ Respublikasının dövlət xidmətlərində idarəetmə və innovasiya nazirinin müavini Adauto Modesto Juniorun rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

​Nazir müavini 14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət”in təşkil edəcəyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdədir.

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış  “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

​Braziliya rəsmisi “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və bu konsepsiyanın ölkəsində tətbiqi üçün əməkdaşlığa başlayacaqlarını bildirib.

​Həmçinin qonaqlara “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media