logo
İnkişaf etməkdə olan ölkələrin startaplarını dəstəkləyən yeni vençur fondu yaradılıb

İnkişaf etməkdə olan ölkələrin startaplarını dəstəkləyən yeni vençur fondu yaradılıb

İnkişaf etməkdə olan ölkələrin startaplarını dəstəkləyən yeni vençur fondu yaradılıb İnkişaf etməkdə olan ölkələrin startaplarını dəstəkləyən yeni vençur fondu yaradılıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), “PASHA Holding”, “Trendyol” şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında “INMerge Ventures” vençur fondunun təsis edilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Fondun məqsədi inkişaf edən iqtisadiyyatlarda strateji ortaq investisiyalar vasitəsilə sahibkarlıq istedadını üzə çıxarmaq və dəstəkləməkdir. Fond, əsasən, Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika, o cümlədən Mərkəzi və Şərqi Avropa bölgələrindən “toxum öncəsi” və “toxum” mərhələsində olan startapları dəstəkləməyi nəzərdə tutur.

Fondun ümumi kapital həcmi 4 milyon ABŞ dollarıdır. Startaplara ilkin yatırımın 25 və 100 min ABŞ dollar aralığında olacağı planlaşdırılır. Fond startaplara 3 əsas istiqamətdə strateji dəstək göstərəcək. Belə ki, fond dəstəklədiyi startaplar üçün yerli inkubator, akselerator, vençur şəbəkələri və digər oyunçularla tərəfdaşlıq edərək hədəf bazarlar haqqında məlumat paylaşımını həyata keçirəcək. Korporasiyalarla partnyor şəbəkəsi qurmaqla startapları böyük biznesin təcrübəsindən öyrənmək üçün bir araya gətirəcək və “INMerge” innovasiya sammiti vasitəsilə startaplara yeni investisiyaların cəlb edilməsini təşviq edəcək.

Tədbirdə, həmçinin bildirilib ki, “INMerge Ventures” vençur fondu inkişaf edən ölkələrin startap ekosistemində strateji investisiyalar, mentorluq, tərəfdaşlıqlar vasitəsilə aparıcı oyunçu olmağı hədəfləyir. Fond regionda yeni nəsil innovativ və uğurlu startapları dəstəkləyəcək və bununla da ölkələrdə texnoloji inkişafa öz töhfəsini verəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin