logo
Peru mətbuatında Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsündən bəhs edilib

Peru mətbuatında Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsündən bəhs edilib

Peru mətbuatında Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsündən bəhs edilib Peru mətbuatında Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsündən bəhs edilib

Perunun tanınmış və nüfuzlu mətbu orqanlarından biri olan “La República” qazetində “COP29 tərəfindən iqlim sammitləri zamanı “COP atəşkəsi” təşəbbüsü irəli sürülüb” adlı məqalə dərc olunub.

Məqalədə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Sədrliyi tərəfindən “COP atəşkəsi” təşəbbüsü haqqında məlumat verilir.

Məqalədə, Azərbaycan tərəfindən irəli sürülən “COP atəşkəsi” təşəbbüsün COP29 daxil olmaqla bir həftə öncə və bir həftə sonrakı dövr üçün qlobal müstəvidə atəşkəsə riayət olunmasının nəzərdə tutulduğu vurğulanır. Həmçinin, Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünün Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üzv olan ölkələrə göndərildiyi və tərəflərin bu təşəbbüsə müsbət reaksiyalar verdiyi bildirilir.

Məqalənin tam mətni: https://especial.larepublica.pe/la-republica-sostenible/2024/09/18/cop29-propone-que-guerras-detengan-durante-cumbres-climaticas-1513620

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin