logo
Azərbaycan seysmoloqları Gürcüstanda beynəlxalq konfransda iştirak edirlər

Azərbaycan seysmoloqları Gürcüstanda beynəlxalq konfransda iştirak edirlər

Azərbaycan seysmoloqları Gürcüstanda beynəlxalq konfransda iştirak edirlər Azərbaycan seysmoloqları Gürcüstanda beynəlxalq konfransda iştirak edirlər

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə Azərbaycan seysmoloqlarından ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Səfərdə məqsəd Gürcüstanın Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Elmdən Təhlükəsizliyə: Mühəndislik Ehtiyaclarının Yer Elmləri ilə qarşılanması” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Konfransda AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Azərbaycan ərazisinin seysmik monitorinqi”, RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov Azərbaycanda aparılan kompleks seysmoloji-geofiziki tədqiqatların nəticəsi, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Azərbaycan ərazisinin müasir seysmogeodinamikası”, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Bakı şəhəri ərazisinin Vs30 parametri əsasında rayonlaşdırılması”, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov P750 layihəsi haqqında məruzə ilə çıxış ediblər.

Konfransda Qafqazda və Mərkəzi Asiyada seysmik riskin və təhlükənin qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Səfər davam edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media