https://innews.media/uploads/news/2022-08/_innews_d6de58700a26b3129f3ef6944_o.jpg
Avqustun 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Mirzəağa Əliyev adına Mədəniyyət Evinin və Əmircan qəsəbə Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Əməkdar artist Aybəniz Haşımova ilə görüş keçirilib.
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nın müavinləri, şöbə müdirləri, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri, bələdiyyə sədrləri, mədəniyyət müəssisələrinin nümayəndələri, rayon sakinləri, gənclər və ziyalılar iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı Günay Firudinqızı qonaqları salamlayaraq, tədbiri açıq elan edib və sonra A.Haşımovanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb və Aybəniz Haşımovanı doğum günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb.
Daha sonra sevilən sənətkar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və gözəl ifaları ilə çıxış edib.
Görüş Əməkdar artist Aybəniz Haşımova və "Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatıb.
Sonda xatirə şəkilləri çəkilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin