logo
Nazir müavini Elçin Zeynalov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyətini qəbul edib

Nazir müavini Elçin Zeynalov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyətini qəbul edib

Nazir müavini Elçin Zeynalov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyətini qəbul edib Nazir müavini Elçin Zeynalov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyətini qəbul edib

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkəmizdə səfərdə olan Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir müavini Elçin Zeynalov bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bu münasibətlərin xarakteri qarşılıqlı iqtisadi əməkdaşlığı inkişaf etdirməyə böyük təkan verir. Azərbaycanın Özbəkistanla bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyən nazir müavini əsas hədəflərdən birinin kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq olduğunu qeyd edib. Elçin Zeynalov müasir texnologiyaların transferi, aqrar təhsil və aqrar tədqiqatlar sahəsində hər iki ölkənin əməkdaşlıq etməsi üçün böyük potensial olduğunu vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hüquqi-normativ bazanın yaradıldığını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük töhfə verdiyini deyib. Özbəkistan nümayəndə heyətinin bu ilin mayında Bakıda keçirilən “Caspian Agro 2024” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakını xatırladan nümayəndə heyətinin rəhbəri bu cür sərgilərin kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlər və iş adamları arasında ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm platforma rolu oynadığını bildirib.  

Görüşdə kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması, bitkiçilik, meyvəçilik, ipəkçilik, aqrar təhsil, aqrar tədqiqatlar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsini vacib olduğunu qeyd ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media