logo
"AzInTelecom" media nümayəndələri üçün "Rəqəmsal Savadlılıq" təlimində öz təcrübəsini bölüşdü

"AzInTelecom" media nümayəndələri üçün "Rəqəmsal Savadlılıq" təlimində öz təcrübəsini bölüşdü

"AzInTelecom" media nümayəndələri üçün "Rəqəmsal Savadlılıq" təlimində öz təcrübəsini bölüşdü "AzInTelecom" media nümayəndələri üçün "Rəqəmsal Savadlılıq" təlimində öz təcrübəsini bölüşdü

"AzInTelecom" MMC-nin Rəqəmsal həllər departamentinin əməkdaşları 12 iyun 2024-cü il tarixində Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün təşkil olunan "Rəqəmsal savadlılıq” təlimində bu sahədə öz təcrübələrini bölüşüb.

Təlim iştirakçıları ilə müasir jurnalistikada rəqəmsal alətlərin rolu, jurnalistikanın texnoloji olaraq gələcəyi barədə iştirakçılarla fikir mübadiləsi aparılıb, həmçinin jurnalistlər media sahəsində istifadə edə biləcəkləri süni intellekt alətləri ilə tanış olublar. 

Eyni zamanda, media nümayəndələrinə “AzInTelecom”-un rəqəmsal məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Əlavə olaraq vurğulamaq istərdik ki, “AzInTelecom” MMC-nin əməkdaşları ölkə üzrə rəqəmsal məlumatlılığın artırılması istiqamətində hər zaman aktiv iştirak edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media