https://innews.media/uploads/news/2024-05/_innews_55db6e991ab17847fabe5d52a_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsi üzrə Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq mayın 21-dən Quba, Şamaxı, Qəbələ, Lənkəran rayonlarında çöl-tədris təcrübəsi keçəcəklər. Tələbələr həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olur, təcrübə rəhbərləri tərəfindən bu ərazilərin əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılırlar.
Tarix fakültəsinin bakalavriat səviyyəsi üzrə buraxılış kurs tələbələrinin isə Qəbələ Arxeoloji Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırım Memorial Kompleksi, Şamaxı Şəhər Tarix-Diyarşünaslıq Muzeyində tədris təcrübəsi keçmələri nəzərdə tutulub.
Ən son xəbərləri səhifəmizdən də izləyin