logo
Məhşur "Kontrabas" əsəri Şah Mat Teatrının səhnəsində

Məhşur "Kontrabas" əsəri Şah Mat Teatrının səhnəsində

Məhşur "Kontrabas" əsəri Şah Mat Teatrının səhnəsində Məhşur "Kontrabas" əsəri Şah Mat Teatrının səhnəsində

Dekabrın 11-də Müstəqil Şah Mat Teatrının səhnəsində  müasir alman yazıçısı Patrik Züskindin “Kontrabas” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.

Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi mono-tamaşada baş rolu aktyor Fərid Vəliyev ifa edir.

Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Şükür Babayevdir.

Kubizm yanaşması ilə qurulan yeni tamaşada əsas mövzu kontrabasçını, yəni qəhrəmanın ilk öncə kontrabasdan, ona olan sevgisindən danışıb sonra isə onu parça-parça etmək istəyindən ibarətdir. Rejissor hazırladığı tamaşada  bunu alt qatında demək istəyirik ki, orkestr insan cəmiyyətinin eynisidir və nə olur olsun biz bu cəmiyyətdə hansısa bir alətdə ifa etməyə yəni yaşamağa məcburuq.

Qeyd edək ki, tamaşa 16+  hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü teatrın kassasından əldə edə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media