https://innews.media/uploads/news/2024-05/_innews_06d0025c01f28377abc213bec_o.jpg
Son dövrlər bir çox dünya dövlətləri Azərbaycanla sıx siyasi, iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir. Bu, Prezident cənab İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artması, 2020-2023-cü illərdə qazandığımız Şanlı Qələbələr, dövlətimizin gücünün, güdrətinin artması səbəblərindən irəli gəlir .
Nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə təşəbbüslərin göstərilməsi, bir çox dünya ölkələrinin dövlət və hökümət başçılarının Azərbaycana səfərlər etməsi və ölkəmizlə iqtisadi və siyasi əlaqələri əhatə edən mühüm sənədlər imzalaması ölkəmizə olan inam və etibarın nümunəsidir. Azərbaycanın Ermənistan istisna olmaqla MDB-yə üzv dövlətlərlə iqtisadi, siyasi əlaqələri yüksək səviyyədədir və bu dövlətlərlə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Azərbaycanla Belarus Respublikası arasında ikitərəfli əlaqələr uzun illərdi möhkəm təməllər üzərində qurulmuşdur. Cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukoşenkonun Azərbaycana rəsmi səfərə gəlməsi və Prezident cənab İlham Əliyevlə görüşü əlaqələrimizin daha da inkişaf etdirilməsinə böyük zəmin yaradacaq. Ölkə başçımız Belarus Prezidenti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış etdi. Azərbaycanla Belarus Respublikası arasında Hökumətlərarası Komissiyası uğurla fəaliyyət göstərir və gələcəkdə əməkdaşlığın artırılması istiqamətində də bir çox tədbirlər həyata keçirəcək. İki ölkə arasında əvvəlki illərdə yaradılmış birgə müəssisələr presperktivli fəaliyyət göstərir və yeni yaradılacaq digər bilgə müəssisələrin sayının da artırılması nəzərdə tutulub. Əsasən maşınqayırma, hərbi sənaye komplekslərində, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələri daha da gücləndiriləcək ki, bu da ölkələrimizin təhlükəsizliyinə və iqtisadiyatının güclənməsinə əhəmiyyətli dərəcədə dəstək göstərəcək. Belarus şirkətləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa işlərində də iştirak edəcək. Ümumiyyətlə Belarus Respublikasının şəhərsalma sahəsində, eləcə də aqroşəhərciklərin tikintisində böyük təcrübəsi var.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Prezident cənab İlham Əliyevlə işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər etməsi bu ölkənin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasının nümunəsidir. Prezident cənab İlham Əliyev və Prezident Aleksandr Lukaşenkonun şəxsi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın dostluğuna böyük töhfə verir.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor