logo
Yeddi ayı ərzində 38 şəxs minalardan zərər çəkib, 3 nəfər həlak olub

Yeddi ayı ərzində 38 şəxs minalardan zərər çəkib, 3 nəfər həlak olub

Yeddi ayı ərzində 38 şəxs minalardan zərər çəkib, 3 nəfər həlak olub Yeddi ayı ərzində 38 şəxs minalardan zərər çəkib, 3 nəfər həlak olub

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən şəxslərin vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətni davam etdirir.

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin iyul ayında 3 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır. Nəticədə ikisi mülki şəxs olmaqla üç nəfər mina  partlamasından yaralanmışdır. Hadisələrin ikisinə tank əleyhinə mina səbəb olmuşdur.

2022-ci ilin iyul ayında hadisələr Xocavənd, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazisində baş vermişdir.   

Ümumilikdə 2022-ci ilin ilk yeddi ayında 38 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır ki, bunlardan da 2 nəfəri kasetli silah partlamasından olmaqla 3 nəfəri həlak olmuşdur.

2020-ci il noyabrın 10-dan 2022-ci il avqustun 1-dək minaların və partlamamış hərbi sursatların partlaması ilə bağlı 102 mülki şəxs zərər çəkmişdir. Nəticədə 32 nəfər həlak olub, 70 nəfər yaralanıb.

Bütün rəsmi strukturların və vətandaş cəmiyyəti təsisatlarının mütamadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar.  Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətandaşlarımız isə verilən təlimatlara ciddi əməl etməli və heç bir özfəaliyyətlə məşğul olmamalıdırlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media