https://innews.media/uploads/news/2024-05/_innews_276239c51f7e5098bd2f6f72b_o.jpg
Azərbaycanın bədii gimnastı İlona Zeynalova Portuqaliyanın Portimao şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.
Azərbaycan Gimnastika Federasiyasından innews.media verilən məlumata görə, fərdi proqramda çıxış edəcək idmançı məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında mübarizə aparacaq.
Turnirdə azərbaycanlı hakimlərdən ədaləti Aleksandra Reyş qoruyacaq.
“Challenge” seriyasına aid Dünya Kuboku mayın 10-12-də baş tutacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin