logo
Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanı keçirilib

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanı keçirilib

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanı keçirilib Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

İmtahan təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50-si qanunvericilik, 10-u Azərbaycan dili, 10-u Azərbaycanın tarixi, 10-u kompüter bilikləri, 20-si isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər sualın düzgün cavabı 1 (bir) balla qiymətləndirilib.

Qeyd edək ki, imtahana yazılış may ayının 16-dan iyun ayının 24-dək aparılıb. İmtahanda iştirak üçün 357 nəfərin namizədliyi qeydə alınıb. Yaxın günlərdə nəticələri açıqlanacaq test imtahanında 70 və daha artıq bal toplayan namizədlər söhbət mərhələsinə dəvət olunacaqlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media