logo
Tatar ədəbiyyatı nümunələri MEK-ə hədiyyə edilib

Tatar ədəbiyyatı nümunələri MEK-ə hədiyyə edilib

Tatar ədəbiyyatı nümunələri MEK-ə hədiyyə edilib Tatar ədəbiyyatı nümunələri MEK-ə hədiyyə edilib

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) tanınmış tatar şair və yazıçılarının əsərlərini hədiyyə edib.

Nəşrlər arasında tatar siyasətçi Fatih Sibaqatullinin müəllifi olduğu “Какой бог правильный?”, “От Атиллы до Президента”, “Татары и евреи” və başqa əsərləri, yazıçı-fantast Adler Timerqalinin ikicildliyi, Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi Abdulla Tuqay haqqında “Габдулла Тукай: энциклопедия”, şərqşünas alim, arxeoloq Lev Qumlyov haqqında “Лев Никола́евич Гумилёв энциклопедия” yer alır.

Təqdim olunan kitablarda tatar xalqının tarixi keçmişi, mədəniyyəti, adət-ənənələri, mətbəxi haqqında qiymətli məlumatlar öz əksini tapır.

MEK-in fondlarında saxlanılan bu nəşrlər tatar mədəni irsini araşdıran alim, mütəxəssis və tələbələrə faydalı olacaqdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media