https://innews.media/uploads/news/2024-02/_innews_2fee9b809b50d35e4830e7175_o.jpg
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu keçirilib.
Forumda Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) 2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində fəal iştirakına görə "İlin Tələbə Gənclər Təşkilatı" adına layiq görülüb.
Bu münasibətlə BDU TGT kollektivini təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik!
Ən son xəbərləri səhifəmizdən də izləyin