logo
ATƏT PA-nın tədbirində

ATƏT PA-nın tədbirində

ATƏT PA-nın tədbirində ATƏT PA-nın tədbirində

Milli Məclisin deputatı, parlamentin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və qurumun İqtisadi məsələlər, ətraf mühit, elm və texnologiya baş komitəsinin sədri Azay Quliyev yanvarın 25-də Danimarka Krallığının Kopenhagen şəhərinə səfər edəcək.

Deputatımız ATƏT PA-nın Büro üzvlərinin yanvarın 26-da keçiriləcək işçi seminarına qatılacaq. Tədbirdə ATƏT PA-nın müasir çağırışlara daha təsirli cavab verməsi, qəbul olunan sənədlərin siyasi təsirinin artırılması, daxili institutların fəaliyyətinin səmərəli təşkili və bütövlükdə qurumda yeni islahatların aparılması, onun fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə ediləcək, habelə Assambleyanın Daimi Komitəsində baxılmaq üçün "İslahatlar üzrə Siyasət Sənədi"nin layihəsi təsdiq olunacaq.

Səfər yanvarın 27-də başa çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin