logo
Tovuzda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbir keçirib

Tovuzda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbir keçirib

Tovuzda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbir keçirib Tovuzda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbir keçirib

07 dekabr 2023-cü il tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi Əyyublu kənd 1 saylı tam orta məktəbində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş konsert proqramı ilə çıxış edib. İctimaiyyət nümayəndələrinin, kənddə fəaliyyət göstərən məktəblərin rəhbər və müəllimlərinin, o cümlədən şagird kollektivlərinin iştirakı ilə keçirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb.

Rəsmi hissədə çıxış edən Tovuz rayon İH Başçısının Əyyublu kənd İƏD üzrə nümayəndəsi Məhərrəm Qasımov, YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, AYB-nin üzvü, şair İsa Cavadoğlu, "Tərəqqi" medalı almış müəllim Abbas Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin direktoru Xəyal Nağıyev tədbirin ərsəyə gəlməsində göstərilən təşkilati dəstəyə görə YAP Tovuz rayon təşkilatına, Əyyublu kənd İƏD nümayəndəliyinə minnətdarlığını bildirib.

Tədbir uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvər mahnılardan ibarət geniş konsert proqramı ilə davam etdirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media