Yanvarın 15-16-sı Gənc Tamaşaçılar Teatrında keçiriləcək Şirlər Xəzinəsi adlı solo konsertində tamaşaçıları çox maraqlı və əyləncəli yumoristik səhnələr gözləyir. Komanda artıq 8 ildir fəaliyyət göstərir. Bu sayca Fizakanın 5-ci böyük konsertidir.
Komandanın bədii rəhbəri və kapitanı Səttar Qulamov isə öz növbəsində konsertin hazırlıqları haqqında öz fikirlərini bizimlə bölüşüb.
Ötən konserlərimizdən fərqli olaraq bu konsertə daha ciddi şəkildə hazırlaşırıq. İstər yaradıcı tərəfdən istər texniki tərəfdən hazırlıqlar ən yüksək səviyyədə gedir. Komandanı ayaqda saxlamaq sponsor tapıb geniş zalda konsert vərmək çətin məsələdir. Bizim yumorumuzun öz hədəfi və kütləsi var. Bu yumoru biz hər hansısa bir video ilə yaxud restoranda telekanalın akt zalında verlişində edə bilmərik. Səhnə insana ayrıca güc verir. Bu gücdən istifadə edib tamaşaçıya keyfiyyətli yumor göstərmək istəyirik. Komandada inkişaf var. Həmçinində cüzi dəyişiklik. Bütün bunlar hamısı bizi növbəti uğurlara aparır. Hər birinizi Şirlər Xəzinəsi adlı solo konsertimizdə gözləyirik.
Ən son xəbərləri səhifəmizdən də izləyin