https://innews.media/uploads/news/2023-11/_innews_15a4336a0280fefa30b1a9fc5_o.jpg
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova noyabrın 21-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.
Səfər çərçivəsində millət vəkili “Kişilər və qadınlar arasında bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.
Səfər noyabrın 24-də başa çatacaq.