logo
"PAŞA Bank" müştərilərini dələduzlara qarşı diqqətli olmağa çağırır

"PAŞA Bank" müştərilərini dələduzlara qarşı diqqətli olmağa çağırır

"PAŞA Bank" müştərilərini dələduzlara qarşı diqqətli olmağa çağırır "PAŞA Bank" müştərilərini dələduzlara qarşı diqqətli olmağa çağırır

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” öz müştərilərini dələduzlara qarşı diqqətli olmağa çağırır.

“PAŞA Bank” bildirir ki, telefon zəngləri və ya digər vasitələrlə fərdi və ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciət etmir. Belə hallarla qarşılaşdıqda kart məlumatlarınızı təqdim etməyin və dərhal bank kartınızın üzərində qeyd olunan rəsmi qaynar xətt və ya əlaqə telefonları ilə “PAŞA Bank”la əlaqə saxlayın.

Sizə zəng olunduğu zaman fərdi və ödəniş kartlarınıza dair məlumatları (PİN şifrənizi, kartınızın üzərində olan 16 rəqəmi, kartın arxasındakı 3 rəqəmli kodu, SMS ilə nömrənizə göndərilən birdəfəlik şifrəni) heç bir halda bölüşməməyiniz, o cümlədən SMS ilə göndərilən naməlum keçidlərə daxil olmamağınız xahiş olunur.

Kart məlumatlarınızı sərgiləməyin, dələduzlara qarşı diqqətli olun!

footer
Top