logo
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib

Avqustun 7-də Qırğız Respublikasının Bişkek şəhərində Qırğız Respublikası Notariat Palatası və Beynəlxalq Notariat Əməkdaşlığı Komissiyasının (CCNI) birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə: notariat peşəsinin əsas rolu – təcrübə, çağırışlar və beynəlxalq təcrübə mübadiləsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib.

Azərbaycan Notariat Palatası tədbirdə Palatanın İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov, Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu Azər Hacıyev və Palatanın “Notariat təcrübəsinin ümumiləşdirilməsi və qanunvericiliklə iş” şöbəsinin hüquq məsləhətçisi Leyla Əliyeva İsgəndərovanın iştirakı ilə təmsil olunub.

Beynəlxalq tədbirdə müxtəlif ölkələrin notariat qurumlarının nümayəndələri, eləcə də Qırğız Respublikasının dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Konfransda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariat peşəsinin rolu, bu sahədə mövcud çağırışlar, qanunvericilik tənzimlənməsi, notariusların öhdəlikləri, risklərin müəyyənləşdirilməsi və beynəlxalq təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizədə notariusun rolu: Azərbaycan təcrübəsi” mövzusunda təqdimat ilə çıxış edib.

Təqdimatda Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində formalaşmış hüquqi baza, notariusların bu sahədə həyata keçirdiyi tədbirlər, şübhəli əməliyyatların müəyyən edilməsi və məlumatların təqdim olunması mexanizmləri, müştərinin uyğunluq tədbirləri, risklərin qiymətləndirilməsi və notariusların məsuliyyəti barədə məlumat verilib. Həmçinin notariat institutunun maliyyə monitorinqi sistemində mühüm rol oynadığı, notariusların mülki dövriyyədə həyata keçirilən əməliyyatların şəffaflığının və təhlükəsizliyinin təmin edilməsində, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qarşısının alınmasında əhəmiyyətli funksiyalar həyata keçirdiyi vurğulanıb.

Konfrans çərçivəsində iştirakçılar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müxtəlif ölkələrin təcrübələri ilə tanış olub, notariat fəaliyyətində mövcud yanaşmalar və bu istiqamətdə beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Tədbir notariat institutunun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə rolunun gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və beynəlxalq notariat əməkdaşlığının daha da inkişaf etdirilməsi baxımından mühüm platforma olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media