logo
Bələdiyyələr Tarixi I Beynəlxalq Gəgəli Simpoziumu

Bələdiyyələr Tarixi I Beynəlxalq Gəgəli Simpoziumu

Bələdiyyələr Tarixi I Beynəlxalq Gəgəli Simpoziumu Bələdiyyələr Tarixi I Beynəlxalq Gəgəli Simpoziumu

Ağsu rayonu Gəgəli bələdiyyəsi,  "Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyi,  "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İtaliya Beynəlxalq YOCOCU Assosiasiyası və Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu BƏLƏDİYYƏLƏR TARİXİ I BEYNƏLXALQ GƏGƏLİ SİMPOZİUMU Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunur.

Gəgəli/Ağsu, 22-23 noyabr 2023-cü il Simpozium Komitəsi Bələdiyyələr Tarixi I Beynəlxalq Gəgəli Simpoziumuna məqalə və poster qəbulu elan edir. 

Simpozium 22-23 noyabr 2023-cü il tarixlərində Ağsu rayonu Gəgəli kəndində keçiriləcək.

Simpozium mövzuları:

Azərbaycanda bələdiyyələrin yaradıcısı - Heydər Əliyev;

Heydər Əliyevin həyatı və fəaliyyəti;

Tarixdə icmalar;

Dünyada Bələdiyyələrin yaranması;

Beynəlxalq hüquqda bələdiyyələr;

Pandemiya dövründə bələdiyyələr;

Post-müharibə dövründə bələdiyyələr;

Tarixi abidələrin qorunmasında bələdiyyələrin rolu;

Bələdiyyələr və turizm;

Örnək bələdiyyələr;

Ətraf mühitin qorunmasında bələdiyyələrin rolu;

Bələdiyyələr və media;

Bələdiyyələrdə yerli həyat tərzləri.

Simpozium şərtləri:

Simpozium Gəgəli kəndində üz-üzə və onlayn olaraq keçiriləcək. Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Noyabr ayının 1-nə kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır. Tezislər gegelibelediyyesi@gmail.com ünvanına göndərilməlidir.

Simpzoium təqvimi:

Tezislərin son göndərilmə tarixi: 01 noyabr 2023

Qəbul edilən tezislərin elanı: 10 noyabr 2023

Rəsmi dəvətlərin göndərilməsi: 10 noyabr 2023

Məruzələrin tam mətninin göndərilməsi: 21 noyabr 2023

Simpozium proqramının elan olunması: 20 noyabr 2023

Simpozium tarixi: 22-23 noyabr 2023

Simpozium Elmi Komitəsi:

Azərbaycan

Prof.Dr. Qafar CƏBİYEV, Prof.Dr. Kübra ƏLİYEVA, Prof.Dr. Şikar QASIMOV, Dos.Dr. Həbibə ƏLİYEVA, Dos.Dr. Nəzmin CƏFƏROVA, Dr. Fariz XƏLİLLİ, Dr. Günel SEYİDƏHMƏDLİ, Vüqar TOFİQLİ, Yusif HACIYEV, Qürbət KƏRİMOV, Xəyyam İBADZADƏ, Ülvi İSMAYILZADƏ

Gürcüstan

Elnur ƏLİYEV

Türkiyə

Prof.Dr. Recep KARADAĞ, Dr. Metin HAKVERDIOĞLU, Dr. Ahmet AYTAC

İtaliya

Prof.Dr. Luigi SCRINZI, Dr. Andrea MACCHIA

Şimali Makedoniya

Prof.Dr. Rubin ZEMON, Prof.Dr. Zoran MATEVSKİ

Simpozium Təşkilat Komitəsi:

Təşkilat Komitəsinin Sədri:

Dr. Fariz XƏLİLLİ

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri

Təşkilat Komitəsinin Üzvləri:

Sabit ABDULLAYEV, Musa MUSAYEV, Əmircan QƏNBƏROV, Akif KƏRİMOV, Zaur MUSAYEV, Səbuhi MÜTƏLLIMOV, Gülşən HÜSEYNOVA, Şölə BAYRAMOVA, Vüqar QULİYEV, Anar HƏBİBOV, Qafqaz QƏHRƏMANLI, Kamil KƏRİMOV

Əlaqə:

Fariz XƏLİLLİ: 00994508764043

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media