logo
"Go Green": NARGIS Nəşriyyat evi tərəfindən təşkil edilən yeni sərgi

"Go Green": NARGIS Nəşriyyat evi tərəfindən təşkil edilən yeni sərgi

"Go Green": NARGIS Nəşriyyat evi tərəfindən təşkil edilən yeni sərgi "Go Green": NARGIS Nəşriyyat evi tərəfindən təşkil edilən yeni sərgi

Ülviyyə Mahmudun rəhbərlik etdiyi NARGIS Nəşriyyat evi öz fəaliyyətində sosial layihələrə böyük önəm verir. İnsan fəaliyyətinin ətraf mühitə mənfi təsirinə ictimaiyyətin diqqətini cəlb etmək, istehlak mədəniyyətinin tərbiyəsinə təsir göstərmək məqsədilə artıq bir neçə ildir ki, nəşriyyat evinin təşəbbüsü ilə ekoloji sərgilər keçirilir.

Oktyabrın 13-də Dəniz Vağzalında NARGIS nəşriyyat evinin artıq ənənə halını almış növbəti dördüncü ekosərgisi hər kəs üçün qapılarını açacaq.

“Go Green” adlı sərgi ətraf mühitin mühafizəsinə həsr olunub və incəsənət vasitəsi ilə müasir ekoloji problemləri ictimaiyyətə çatdırmaq məqsədini daşıyır.

Bu ilin sərgisi NARGIS Nəşriyyat evinin təqdim etdiyi instalyasiya daxil olmaqla, Azərbaycanın tanınmış heykəltaraş və rəssamları tərəfindən hazırlanmış 9 instalyasiyadan ibarətdir. Bütün quraşdırmalar Bakı şəhərinin müxtəlif ərazilərində bir neçə ay ərzində toplanan tullantı və zibillərdən yaradılıb.

Sərgi Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Asan könüllüləri”, Port of Baku və “Baku Bus” MMC-nin dəstəyi ilə təşkil olunub. Sərginin sponsorları “Paşa Holding”, “Baku Steel Company”, “Azərişıq” ASC, “AzVirt” MMC, “İmprotex Motors”, “Azərbaycan Hava Yolları” və Fövqəladə Hallar Nazirliyidir.

Layihə çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə gənc nəslin ekoloji mədəniyyətinin formalaşmasına və inkişafına yönəlmiş öyrədici təlimlərin keçirilməsi nəzərdə tutulub.

Sərgi noyabrın 30-dək davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media