https://innews.media/uploads/news/2023-10/_innews_d47ab5c2c9867af5c20a7bac6_o.jpg
Bəstəkar-müğənni Murad Arif naməlum şəxslərin Sədərək Ticarət Mərkəzi yaxınlığında təpədən magistral yola təkər atmasını tənqid edib.
innews.media xəbər verir ki, müğənni həmin şəxslərin sürücülərin həyatı üçün ciddi təhlükə yaratdığını bildirib:
“Baxın... Səsləri də sınıb, bığları, saqqalları da var bəlkə. Zırramaların həzz aldığı məşğuliyyətə bax! Ondansa, gedim dil öyrənim, təhsil alım, sənət, peşə öyrənim, səhərdən axşama zəhmət çəkim, evə çörək aparım...? Yox, belə yaxşıdır.
Mən ona görə deyirəm ki, bu gün youtube trendlərinə, o musiqi zövqünə əsasən nəticə çıxartmaq çətin deyil. Hansı gözlər tərəzidir bu adamlarla?”
Ən son xəbərləri səhifəmizdən də izləyin