logo
Bakıda "Unudulmaz dəyərlər" mövzusunda konfrans keçirilib

Bakıda "Unudulmaz dəyərlər" mövzusunda konfrans keçirilib

Bakıda "Unudulmaz dəyərlər" mövzusunda konfrans keçirilib Bakıda "Unudulmaz dəyərlər" mövzusunda konfrans keçirilib

Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Unudulmaz dəyərlər” mövzusunda konrans keçirilib.

Konfransın açılışı hissəsində ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda giriş nitqi ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev unudulmaz dəyərlərimizin dünəni, bu günü və gələcəkdə qorunması haqqında danışıb. Ölkəmizin tarixi günlər yaşadığını bildirən Ceyhun Əliyev bütün qələbələrimizin təməlində milli birlik və mənəvi həmrəyliyimizin olduğunu qeyd edib.

Daha sonra Fondun sifarişi əsasında hazırlanan “Müzəffər Komandan” sənədli filmi nümayiş etdirilib.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev milli-mənəvi dəyərlərimizin mahiyyəti, milli kimlik, fundamental ictimai dəyərlər barədə fikirlərini bölüşüblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media