logo
AzMİU-ya yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

AzMİU-ya yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

AzMİU-ya yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır AzMİU-ya yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan və xarici dili ingilis dili olan tələbələr üçün səviyyə imtahanı keçirilir.

AzMİU-dan innews.media bildirilib ki, bütün ixtisasları əhatə edən imtahanlarda tələbələrin qrammatik bilikləri, akademik yazı və oxu bacarıqları yoxlanılır. Nəticələr “Elementary”, “Intermediate”, “Pre-intermediate”, “Upper intermediate” və “Academic” səviyyələr üzrə qiymətləndirilir.

İmtahanlar Strateji planlaşdırma şöbəsi və Əcnəbi dillər kafedrası tərəfindən birgə aparılır. İmtahan sualları Əcnəbi dillər kafedrasının müəllimləri tərəfindən yoxlanılır.

Qeyd edək ki, səviyyə imtahanlarının keçirilməsində məqsəd ingilis dilinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mütərəqqi təcrübələrin tətbiqi, eləcə də rəqabətqabiliyyətli, bacarıqlı, savadlı mütəxəssislərin hazırlığına imkan verən səmərəli tədris mühitinin yaradılmasıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media