https://innews.media/uploads/news/2023-09/_innews_120064019b01a417946bbff43_o.jpg
Payız-qış mövsümü ilə əlaqədar Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 23:45 qatarının qrafiki dəyişdirilir.
innews.media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilir ki, sərnişinlərin xahişini nəzərə alaraq həmin sürət elektrik qatarı oktyabrın 1-dən etibarən Bakı Dəmiryol Vağzalından 45 dəqiqə tez, saat 23:00-da yola düşərək Sumqayıta saat 23:52-də çatacaq.
Bu dəyişiklik həm iş, həm də qeyri-iş günləri üçün nəzərdə tutulub.
Ən son xəbərləri səhifəmizdən də izləyin