logo
Şəki Regional Elmi Mərkəzinin nailiyyətləri davam edir

Şəki Regional Elmi Mərkəzinin nailiyyətləri davam edir

Şəki Regional Elmi Mərkəzinin nailiyyətləri davam edir Şəki Regional Elmi Mərkəzinin nailiyyətləri davam edir

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdovanın “Azərbaycan və Şimali Amerika hindu folkloru” adlı kitabı Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində yerləşən Sabahattin Zaim Universitetinin kitabxanasının elektron kataloqunda yerləşdirilib.

Qeyd edək ki, 2018-ci ildə çap edilərək elmi ictimaiyyətə təqdim olunan tədqiqat əsəri müəllifin uzun illər ərzində apardığı araşdırmaların nəticəsidir.

Kitabda Azərbaycan Türk-Oğuz folkloru ilə Şimali Amerika hindu folkloru arasında maraqlı müqayisəli təhlillər aparılıb, hər iki xalqın folklor nümunələrinin oxşar və fərqli xüsusiyyətləri tədqiq edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media