logo
Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu

Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu

Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu

Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.

BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülhün və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. Bir daha təsdiq edildi ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edildi və Ağdam yolunun açılması vacib sayıldı. Ən əsası Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktı qəbul edildi. Sual olunur: Ermənistan bundan sonra sülhdən necə danışacaq? Azərbaycanın irəli sürdüyü sülh təklifi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir ki, onların sırasında ərazi bütövlüyünün tanınması əsas şərtlərdəndir. Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə bu prinsipləri dəstəkləsə də Azərbaycan bunun sənəddə qeyd edilməsinə çağırış edir.

BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistan diplomatiyasının tam iflasıdır. Ermənistanın, erməni diasporunun, ermənipərəst dairələrin səyləri növbəti dəfə nəticəsiz qaldı. Yaşanan bu mənzərə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində bütün çıxışlarında, xalqa müraciətlərində hər kəsin səbirsizliklə gözlədiyi bu ifadəni bir daha yada saldı: nə oldu, Paşinyan? Ermənistan və ona havadarlıq edən dövlətlər artıq bu reallığı qəbul etmək məcburiyyətindədirlər ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar Birinci Qarabağ müharibəsi dövründə qaldı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, ölkəmizin əleyhinə təbliğat aparan bəzi dünya güclərinin də bu gün Qarabağın Azərbaycana məxsus olduğunu söyləmələri Azərbaycanın real faktlara, tarixi həqiqətlərə söykənərək imza atdığı tarixi Zəfərinin təqdimatıdır. Azərbaycan Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və onun havadarlarına sübut etdi. Ermənilərin feyk xəbərləri tarixi Zəfərimizlə fiaskoya uğradı. Lakin postmünaqişə dövründə Ermənistanın və onu dəstəkləyənlərin etdikləri cəhdlərin kökündə sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, müxtəlif bəhanələrlə bu vacib addımı atmaqdan yayınmaq durur. BMT Təhlükəsizlik Şurasına edilən müraciət və qurumun bu məsələ ətrafında apardığı müzakirələr də bu siyasətin tərkib hissəsidir. Müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə sona çatsa da bu mühüm məqamı qeyd etməliyik ki, dünyada sülhün və təhlükəsizliyin təminatında əhəmiyyətli rola malik olan bir qurum sözsüz ki, belə müzakirələrdən əvvəl araşdırmalara, gündəmə gətirilən məsələnin nə dərəcədə reallığı özündə əks etdirməsinə xüsusi diqqət yetirməlidir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni təkbaşına icra edən Azərbaycan hər addımında ədalətə və beynəlxalq hüquqa söykəndiyini nümayiş etdirir.

 

Müəllif: Könül Şəmilova

Göygöl şəhər 1 nömrəli tam orta məktəbin müəllimi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media