logo
Stolüstü tennisçilər təlim-məşq toplanışındadırlar

Stolüstü tennisçilər təlim-məşq toplanışındadırlar

Stolüstü tennisçilər təlim-məşq toplanışındadırlar Stolüstü tennisçilər təlim-məşq toplanışındadırlar

2014-2015-ci il təvəllüdlü istedadlı stolüstü tennisçilərin növbəti təlim-məşq toplanışına start verilib.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesinə 15 idmançı qatılıb. Onlar məşqçilər Elnur Hidayətzadə, Qulu Quliyev, Billurə Eminova və Məryəm İmanovanın rəhbərliyi ilə avqustun 27-dək stolüstü tennisin sirrlərinə yiyələnəcəklər.

Qeyd edək ki, təlim-məşq toplanışının əsas məqsədi istedadlı idmançıların hazırlıq səviyyəsinin artırılmasıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media